- Cəmiyyət, Manşet

AVRO-2024: Bu gün daha 3 oyun keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək.

“Report” xəbər verir ki, ikinci oyun günündə A və B qrupunun oyunları reallaşacaq.

Günün ilk matçında – A qrupunun oyunları çərçivəsində Macarıstan və İsveçrə futbolçuları münasibətlərinə aydınlıq gətirəcək. Köln şəhərində baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

B qrupunun ilk görüşü isə paytaxt Berlində gerçəkləşəcək. Saat 20:00-da başlayacaq oyunda İspaniya Xorvatiyanı sınağa çəkəcək.

Günün son oyunu da eyni qrupda baş tutacaq. Saat 23:00 – da start götürəcək matçda İtaliya və Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

AVRO-2024
A qrupu, I tur

15 iyun

17:00Macarıstan – İsveçrə
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.

B qrupu, I tur

20:00. İspaniya – Xorvatiya

Baş hakim: Maykl Oliver (İngiltərə).

Berlin, Olimpiya stadionu

B qrupu, I tur

23:00. İtaliya – Albaniya

Baş hakim: Feliks Çvayer (Almaniya).

Dortmund, “Siqnal İduna Park” stadionu