ABŞ ordusu Yəmənin “Ansar Allah” hərəkatının husi üsyançılarının dörd radarını zərərsizləşdirib.
“Report”un məlumatına görə, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı xəbər yayıb.
“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində dörd radar və bir pilotsuz suüstü aparatını uğurla məhv edib”, – komandanlığın “X” sosial hesabında yayılan bəyanatında deyilir.
Bundan əlavə, komandanlıq qüvvələri Qırmızı dəniz üzərində husilərə məxsus bir pilotsuz uçuş aparatını zərərsizləşdirib.