- Cəmiyyət

AVRO-2024: İspaniya 1/8 finala yüksəlib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya – İtaliya görüşü başa çatıb.

“Report” xəbər verir ki, Helzenkirhen şəhərindəki “Feltins Arena”da gerçəkləşən oyunda “buğalar” minimal hesabla qalib gəliblər – 1:0.

İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub. İspaniya yığması bu qələbə sayəsində B qrupunda xallarının sayını 6-ya çatdıraraq 1/8 finala vəsiqəni təmin edib.