Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya – Macarıstan görüşü başa çatıb.
“Report” xəbər verir ki, Ştutqartdakı “MHP Arena”da keçirilən matç macarların minimalhesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib. Bu qələbə sayəsində 3 xal qazanan Macarıstan A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.