Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya – İspaniya görüşü başa çatıb.
“Report” xəbər verir ki, qarşılaşma “buğalar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
13-cü dəqiqədə Ferran Torres fərqlənib.
Daha əvvəl 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupunda xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.