- Mədəniyyət

Şuşa Teatrında “Dağılan Tifaq” tamaşası nümayiş olunacaq

Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli yazıçı və dramaturq, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan Tifaq” əsəri əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri iki heyətlə teatrsevərlərə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru teatrın direktoru, Əməkdar artist Yadigar Muradov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Əməkdar artist Azad Məmmədovdur.