ABŞ ordusu Yəmənin “Ansar Allah” hərəkatından olan husi üsyançılarının üç pilotsuz aparatını məhv edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığının qüvvələri Qırmızı dənizdəki husilərin üç pilotsuz aparatını məhv edərək özünümüdafiə əməliyyatı keçirdi”, – məlumatda bildirilir.