Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ-nin Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarının Rusiyanı sıxışdırmaq cəhdi olduğunu ifadə edərək: “Soyuq Müharibəyə doğru addımlayırıq”, – deyib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Peskov Rusiyanın “Rossiya-1” dövlət kanalına verdiyi açıqlamada ABŞ-nin 2026-cı ildən etibarən Almaniyaya “Tomaqavk” uzaqmənzilli qanadlı raketlər yerləşdirmək qərarını dəyərləndirib.
Sözügedən qərarla bağlı inkişafı izləyəcəklərini vurğulayan Peskov: “Almaniya, ABŞ, Fransa və İngiltərə Ukraynadakı münaqişələrdə birbaşa iştirak edir. Bütün bunlar ölkəmizi sıxışdırmaq və strateji məğlubiyyətimizi təmin etmək üçün edilir”, – deyə vurğulayıb.
Peskov hadisələrin soyuq müharibənin əlamətlərini daşıdığını bildirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bu gün verdiyi açıqlamada ABŞ-nin qərarına “hərbi cavab hazırlayacağıq” şərhini verib.
ABŞ və Almaniyanın dünən verdiyi ortaq açıqlamaya görə, 2026-cı ildən etibarən Almaniyaya “Tomahawk” qanadlı raketləri və digər uzaq mənzilli silahlar yerləşdiriləcək.
Qeyd edək ki, ABŞ sonuncu dəfə 1990-cı illərdə Almaniyaya belə uzaqmənzilli silahlar yerləşdirmişdi.