ABŞ hipersəs silahlarının hazırlanmasını və sınaqlarını sürətləndirəcək.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Milli müdafiə strategiyasına uyğun olaraq Hipersəs silahları üzrə biz bir sıra proqramların hazırlanmasını davam etdirəcəyik. Biz bu proqramların hazırlanması və sınaqdan keçirilməsini sürətləndirməyə çalışacağıq”, – o deyib.
Rayder qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri və Ordusu bu yaxınlarda Sakit Okean üzərində hipersəs raketinin sınaqlarını başa çatdırıb.