- Cəmiyyət, Manşet

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

Kirbi Vaşinqton administrasiyasının Ukraynaya silah-sursat da daxil olmaqla 125 milyon dollarlıq yeni hərbi yardım paketi ayırdığını deyib.

Yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “Stinger” hava hücumundan müdafiə sistemləri, AT-4, TOW və “Javelin” tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxil olacaq.