“Lufthansa” və “Swiss Air” hava yolları şirkətləri İsrail və Livana uçuşları ləğv edib.
APA “Reuters“ə istinadən xəbər verir ki, adıçəkilən şirkətlər avqustun 21-dək İsrail və Livana uçuşu dayandırıblar.
İsrailə uçuşu daha əvvəl dayandırmış Almaniyanın “Lufthansa” şirkəti bildirib ki, Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə uçuşların dayandırılmasını avqustun 21-dək uzadıb. Şirkət bu müddət ərzində İran və İraq hava məkanından istifadə etməyəcək.
“Swiss International Air Lines” da bildirib ki, həmin tarixə qədər İran, İraq və İsrail üzərində hava məkanından istifadə etməyəcək.