- Cəmiyyət

“Telegraph”: Ukrayna ordusuna Kurska “Storm Shadow” raketləri ilə zərbə endirmək qadağan edilib

Böyük Britaniya Ukraynaya Kursk vilayətinə hücum zamanı uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyib.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Böyük Britaniya Baş nazirinin ofisinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Böyük Britaniyanın mövqeyi dəyişməyib. Biz Ukraynaya beynəlxalq humanitar hüquqa uyğun olaraq, Rusiyanın qanunsuz hücumlarından müdafiə oluna bilməsi üçün hərbi yardım göstəririk”, – o bildirib.

Daha əvvəl Böyük Britaniya hökumətinin nümayəndələri Kiyevə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün “Storm Shadow” raketlərindən istifadə etmək icazəsinin verilməsi ilə bağlı ziddiyyətli bəyanatlar veriblər.

Böyük Britaniya KİV-inin iddiasına görə, London real mövqeyi ilə bağlı Rusiyanın məlumatlı olmaması üçün vəziyyəti qəsdən qarışdırır.