- Cəmiyyət

“Reuters” agentliyinin təhlükəsizlik müşaviri Ukraynada ölüb

“Reuters” agentliyinin təhlükəsizlik müşaviri Rayan Evans Ukraynanın Kramatorsk şəhərinin atəşə tutulması nəticəsində ölüb.

“Report” xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, 38 yaşlı keçmiş britaniyalı hərbçi Evans 2022-ci ildən agentlikdə işləyirdi.

O, Ukrayna, İsrail və son Paris Olimpiadaları da daxil olmaqla bütün dünyada jurnalistlərin təhlükəsizliyi ilə bağlı məsləhətlər verirdi.