Həyatda öyrəndiyim hər şey üçün anama borcluyam.
1.O, mənə BAŞQALARININ ƏMƏYINƏ HÖRMƏT ETMƏYI öyrədib: “Bir-birinizi öldürmək istəyirsinizsə, çıxın çölə. Döşəməni yenicə yumuşam!”
2.Anam mənə MƏNTIQLI DÜŞÜNMƏYI öyrədib: “Bilirsən niyə belə? Çünki mən belə demişəm!”
3. Anam mənə NƏTİCƏLƏR BARƏDƏ DÜŞÜNMƏYİ öyrədib: “Səni mağazaya aparmayacağam. Bir də təkrar etsən, pəncərədən ataram!”
4. Anam SƏBƏB-NƏTİCƏ ƏLAQƏLƏRİNİ öyrədib: “Əgər ağlamaqda davam eləsən, nöyüt iyi verincə çırpacam!”
5. Anam mənə MÜMKÜN OLMAYANI ETMƏYI öyrədib: “Ağzını yum, supunu iç!”
***
Ər evə qayıdır. Arvad deyir:
– Nəhayət, köhnə kostyumunu atdım.
– Necə? Ağlın çaşıb? Mən vergilər müfəttişliyinə gedəndə nə geyinəcəm?
***
Bir kişi qaçıb polis idarəsinə girir:
-Məni həbs edin. Arvadımı vurmuşam!
– Öldürmüsən?
– Nə danışırsınız? Heç üzünü də cızmamışam.
– Əşi, boş şeydi. Gedə bilərsiniz.
– Əsla! O, qapının dalında dayanıb.
***
Iki rəfiqə söhbət edir.
– Bilirsən, ərim yaman qocalıb.
– Niyə belə hesab edirsən?
– Dünən onunla pivə barına getmişdik. O, əvvəlcə menyüyə baxdı, sonra ofisiant qızın qıçına.
***
Kişi televizorda kinoya baxır. Onun 7 yaşlı oğlu deyir:
– Ata, niyə bu kinoya uşaqlar baxa bilməz?
– Sakitcə otur. İndi özün görərsən.
***
Kişi narazı halda arvadına deyir:
– Şalvarı niyə yarıyacan ütüləmisən?
– Neçə dəfə demişəm ki, ütünün şnurunu uzat..
***
– Bilirsən velosipedi necə xoşlayıram? Daim ərimə təlqin edirəm ki, təmiz havada pedal fırlatmaq çox faydalıdı.
– Nə oldu, ərin arzunu yerinə yetirdimi?
– Bir qədər. O, tikiş maşınını balkona çıxardı.
***
Aravad ərinə:
– Evə qayıtmalıyıq. Mən ütünü çıxarmağı unutmuşam. Yanğın olacaq.
– Lazım deyil. Olmayacaq.
– Niyə?
– Ona görə ki, mən hamamda cuyu bağlamamışam.
***
– Məni sevirsən?
– Hə.
– Ölsəm ağlayarsan?
– Hə.
– Göstər, necə ağlayacaqsan.
– Əvvəlcə sən öl.
***
Arvad ərindən xahiş edir ki, uşağı çimizdirsin. Kişi məsuliyyət hiis edir və vannada çapalayan oğlundan soruşur::
– Hə, oğlum, xoşuna gəlir? Mən anandan pis bacarıram çimdirməyi?
– Əlbəttə. Amma anam məni vannaya qoymazdan əvvəl ayaqqabımı, corabımı çıxarar, paltarımı soyundurardı.
***
– Ata, ifritələr yoxdur, hə?
Ata qaynanasına baxıb:
– Səni yaşda olanda mən də elə düşünürdüm, oğul?
***
Ata vəkil oğluna deyir:
– Əgər anan soruşsa ki, nə qədər içmişəm, de ki….
-Yalan deməyəcəm. Amma yaxın qohum olduğumuzdan ifadə verməkdən imtina edə bilərəm.
***
Bir gün qaynana yoxlamaq istəyir ki, kürəkənləri onu sevirmi?
Böyük kürəkənin yanına gedir, özünü gölə atır və qışqırır: “Xilas edin, boğuluram!” Kürəkən özünü yetirib onu xilas edir. Səhər kürəkən oyanıb görür ki, həyətdə “Jiquli” dayanıb. Üstündə yazı var: “Əziz kürəkənimə sevimli qaynanasından
Qaynana ortancıl kürəkəni yoxlayır. O da elə. Kiçik kürəkəngilə gedir, özünü gölə atır və qışqırır: “Xilas edin, boğuluram!” Kiçik kürəkən ona kömək etmir, gedib yatır. Səhər oyananda görür ki, qapının ağzında təzə “Mersedes” dayanıb. Üstündə yazılıb: “Sevimli kürəkənə sevimli qaynatasından”
***
Arvad ərinə:
– İki xəbər deyəcəm – yaxşı və pis.
– De görək.
– Mən səninlə ayrılıram…
– Gözəl. Bəs pis xəbər hansıdır?
***
Ər:
– Əzizim, son vaxtlar sən hər gün mənim şəklimi özünlə işə aparırsan. Niyə?
Arvad:
– Mənim üçün problem yarananda, nə qədər mürəkkəb olsa da, sənin fotoşəklinə baxıram və problem yox olur.
Ər:
– Hm. Düşünməzdom ki, sənə belə sehrli təsirim var.
Arvad:
– Bəli, hər dəfə sənin şəklinə baxanda deyirəm: ”İlahi, nə problem? Bundan da böyük problem olar??!!”
***
Davanın qızğın vaxtı arvad ərinə deyir:
-Kaş İblisin özünə ərə gedərdim!
Ər sakitcə deyir:
-Amma bu, mümkün deyil. Yaxın qohumlar arasında nikah qadağandır!
***
Uşaq bağçasında Yeni li şənliyindən sonra ata oğluna deyir:
– Oğlum, daha yekə kişisən. Başa düşməlisən ki, Şaxta baba yoxdur. Bu, mən idim.
– Hə, bilirəm. Axı leylək də sən idin.
***
Ata yorğun halda gecə növbəsindən evə qayıdır. Uşaqlar yatmayıb və tələb edirlər ki, gəl oynayaq.
– Yaxşı, gəlin mavzoley oynayaq. Mən Lenin olacam, sizsə fəxri qarovul.
***
– Əgər gedib vağzalda qaynanamı qarşılasan, sənə on dollar verərəm
– Əgər o gəlməsə?
– Onda iki dəfə çox alacaqsan…
***
– Niyə dar ayaqqabı geyirsən?
– Arvadım ifritə, oğlum gələcəyin qulduru, qaynanam İblisdir. Bir sözlə, ev mənim üçün əsl cəhənnəmdir. Yeganə sevinci bu dar ayaqqabını ayağımdan çıxaranda duyuram.
***
Ər və arvad dəhşət filminə baxır. Ekranda qulyabanı peyda olur.
Arvad:
-Ay ana….
Ər:
-Ananı tanıdın, hə?
***
Əgər uşaq valideynlərini dinləyirsə, demək, başqa şey barədə düşünür.
Əgər arvad ərini dinləyirsə, demək, ər maaşının artması barədə danışır.
Əgər ər arvadını dinləyirsə, demək, futbol qurtarıb, amma xəbərlər hələ başlamayıb.
Əgər qaynana kürəkəni dinləyirsə, demək, bu, başqa kürəkəndir.
Əgər kürəkən qaynananı dinləyirsə, demək, kürəkən MTN-də işləyir.
***
Oğul ananın yanına gəlib deyir:
– Evlənmək istəyirəm.
– Evlən. Yekə oğlansan. Amma mənim məsləhətimə qulaq as.
– Niyə qulaq asmıram. De görüm.
– Əvvəlcə ukraynalı ilə evlən, 6-7 il yaşa, sonra boşan. Daha sonra yəhudi qızı al, on il yaşayandan sonra onu da boşa və moldavan qızı al.
Oğlan şoka düşür:
– Ana, niyə Qalya ilə evləməyim? Bu həngamə nə üçündü?
– Qalya ukraynalıdı, evlən 6 il zövqlə yaşa. Sonra onu at və yəhudi al. Onlar ikicə ilə səni dirçəldib ayağa qaldırar. Pulun olandan sonra yəhudini də at!
– Ana, bəs moldavan qızı nə üçündü?
– Eh, öğlum, bilirsən onlar dəfn mərasimini necə gözəl təşkil edirlər?!!!
***
Bir kişi o birindən soruşur:
– Niyə içəndən sonra mən ayıltma məntəqəsinə düşürəm, sənsə yox?
– Mən normamı bilirəm.
– Necə?
– İçməyə başlayanda qaynanamın şəklini qabağıma qoyuram. Elə ki, o, xoşuma gəlməyə başladı, demək, normamı içmişəm.
***
İki dost hansının arvadının daha yaxşı olması barədə danışır:
– Mənim arvadım çox yaxşıdır. Evə gələn kimi paltomu çıxarır, çəkələk və əlcək verir
-Əlcək niyə?
– Rezin əlcək, qabları yumaq üçün.
***
Məhkəmədə ər və arvad boşanır. Uşaqların kimə verilməsi məsələsi müzakirə olunur. Kişinin vəkili hakimə müraciət edir:
– Yoldaş hakim, əgər siz avtomata pul atırsınızsa, o da sizə siqaret verirsə, siqaret kimindir? Sizin, yoxsa avtomatın?
– Əlbəttə, mənimdi.
– Belə oln halda uşaqlar kişiyə çatacaq.
***
Kinematoqrafiya institutunda imtahan. Tələbələrdən soruşurlar:
– Tutalım kişi və arvad birlikdə qonaqlığa gedib. Tamaşaçılara necə çatdırmaq olar ki, onlar ər-arvaddır?
Tələbənin biri:
– Arvad kişinin qalstukunu düzəldir
– Bəlkə, katibəsidir?
Başqa bir tələbə:
– Kişi arvadı incəliklə öpür.
– Məşuqəsi ola bilər.
Üçüncü tələbə:
– Kişi donquldanır: “Niyə səninlə evləndim axı…”
– Bəlkə, boşanıblar?
Dördüncü:
– Kişi arvadın çantasından dəsmalını çıxarır, burnunu silib yerinə qoyur.
– Beş alırsan!
***
– Ana, doğrudanmı, bütün nağıllar bu sözlərlə başlayır: “Biri vardı, biri yoxdu…”
– Yox, oğlum, bəziləri belə başlayır: “Əzizim, bu gün işdən bir az gec gələcəm…”
***
Arvad ərinə:
– Sən mənim bütün qohumlarıma nifrət edirsən!
– Qətiyyən! Mən onları çox sevirəm. Bu da sübut – mən sənin qaynananı öz qaynanamdan çox istəyirəm.
***
– Ana, niyə atamın başında tük azdı?
– Çünki o, çox düşünür.
– Bəs sənin başında tük niyə çoxdu?
-Sakit otur, yeməyini ye.
***
Xidmətçi qonaqlara şərab paylayır. Onların birinə doğru əyilib soruşur:
– Arvadınız nə içir?
– Mənim qanımı.
***
– Doktor, mən narahatam.
– Nə olub?
– Bir neçə gündü, mənə elə gəlir ki, arvadımın danışıqlarının nəsə bir mənası var.
***
Arvad ərinə:
– Əzizim, keçən ad günümdə sən mənə qəşəng bir stul aldın. Bu dəfə nə alacaqsan?
– Bu il sənin stuluna elektrik qoşacağam.
***
Otel inzibatçısı müştəriyə deyir:
– Əgər bu qadının arvadınız olduğunu sübut etməsəniz, sizi bir otağa yerləşdirə bilmərəm.
– Siz sübut etsəniz ki, bu, mənim arvadım deyil, ömrüm boyu minnətdar olaram.
***
Ər çox məmnun halda evə qayıdır. Sevincdən onun gözləri yaşarıb.
Arvad:
– Nədi?
-Qaynanamı evinə yola salmırdım?
-Bəs sifətin niyə hisə batıb?
-Sevincimdən parovozu öpdüm!