Oktyabrın 17-də Bakıdakı Rus evində dahi rus bəstəkarı Nikolay Rimski-Korsakovun anadan olmasının 180 illiyinə həsr olunmuş konsert və sərgi keçiriləcək.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Bakıdakı Rus evi, Rusiya Milli Musiqi Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Dahi bəstəkarın yubileyi üçün Rusiya Milli Musiqi Muzeyi “Nağılların çarı” adlı unikal sərgi hazırlayıb. Sərginin eksponatları ilə qarşıdan gələn tədbir çərçivəsində tanış olmaq olacaq.
Nikolay Rimski-Korsakov (1844-1908) məşhur rus bəstəkarı, görkəmli musiqi müəllimi, dirijor və tənqidçidir. O, bir çox musiqi əsərləri – operalar, simfoniyalar, konsertlər, vokal və müqəddəs musiqinin müəllifidir. O, nağıl-opera janrının banisi hesab olunur. Onun tərcümeyi-halı pedaqoji fəaliyyətini də özündə əks etdirir. Rimski-Korsakov həm də musiqi fənləri üzrə iki dərsliyin müəllifidir.