- Cəmiyyət

Ərəb Liqası Suriyanın suverenliyinə hörmət etmək lazım olduğunu açıqlayıb

Ərəb Dövlətləri Liqası Suriyanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu haqda məlumatı Beyrutdan yayımlanan “Əl Mayadin” telekanalı yayıb.

“Biz Suriyada baş verənləri böyük narahatlıqla izləyirik və Suriyanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayırıq. Suriyadakı hadisələr terror qruplarının öz fəaliyyətlərini bərpa etmək üçün istifadə edəcəkləri xaos da daxil olmaqla bir çox mümkün ssenariləri açır”, – deyə liqanın yaydığı bəyanatda deyilir.