ABŞ Hind-Sakit Okean regionunda Quam adasının sahillərində ortamənzilli ballistik raketin tutulması üzrə ilk uğurlu sınağını keçirib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Quamın Andersen Hərbi Hava Qüvvələri bazasındakı şaquli buraxılış qurğusundan buraxılmış “Standard Missile-3 Blk IIA” raketi adanın şimal-şərqi sahillərindən 200 dəniz milindən çox uzaqlıqda Hərbi Hava Qüvvələrinin “C-17 Globemaster III” təyyarəsindən atılan ortamənzilli ballistik raketi tutub.
ABŞ Müdafiə Nazirliyi “düşmən” tərəfindən artan raket təhdidləri ilə əlaqədar Quamın müdafiəsini gücləndirməyə davam edəcəyini qeyd edib.