Türkiyənin Baş Qərargah rəisi ordu generalı Metin Gürak amerikalı həmkarı ordu generalı Çarlz Braunla Suriyadakı prosesləri müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti bildirib.
“Baş Qərargah rəisi ordu generalı Metin Gürak ABŞ Baş Qərargah rəisi ordu generalı Çarlz K. Braun ilə telefon danışığı aparıb. Suriyada baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb”, – hərbi qurumun sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Gülər britaniyalı həmkarı Con Hili ilə Suriyadakı durumu müzakirə etmişdi.