UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura yekun vurulub.
“Report”un məlumatına görə, İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya”nı 3:2 hesabı ilə yenib.
“Mançester Siti” (İngiltərə) İtaliyada “Yuventus”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşıb. Matç İngiltərə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 3:0
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
11 dekabr
21:45. “Atletiko” (İspaniya) – “Slovan” (Slovakiya) 3:1
21:45. “Lill” (Fransa) – “Şturm” (Avstriya) 3:2
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) 2:3
00:00. “Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə) 2:0
00:00. “Benfika” (Portuqaliya) – “Bolonya” (İtaliya) 0:0
00:00. “Arsenal” (İngiltərə) – “Monako” (Fransa) 3:0
00:00. “Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) 2:1
00:00. “Feyenoord” (Niderland) – “Sparta” (Çexiya) 4:2
00:00. “Ştutqart” (Almaniya) – “Yanq Boys” (İsveçrə) 5:1
Qeyd edək ki, Liqa mərhələsində VII tura 2025-ci il yanvarın 21-də start veriləcək.