ABŞ yaxın illərdə Böyük Britaniyadakı Lakenhit hərbi bazasında taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə dekabrın 17-də “The Teleqraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda bazada taktiki nüvə silahları üçün anbarın tikintisi aparılır.
İşlərin yaxın bir neçə il ərzində başa çatdırılması planlaşdırılır.
Eyni zamanda qəzet qeyd edib ki, Böyük Britaniya və Fransa ABŞ-dan hərbi asılılığını azaltmaq üçün öz taktiki nüvə silahlarını hazırlamaq üçün ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə edirlər.