- Mədəniyyət

“Qürbət cənnət olsa da…”

Xaricdəki diasporumuzun üzvlərinin fəaliyyətindən bəhs edən yeni kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, şair-publisist Süleyman Əlisanın qələmə aldığı kitabda əslən Masallıdan olan, uzun illərdən bəri Sankt-Peterburqda yaşayan və işləyən Məşkur və Qasıməli Qasımov qardaşlarının keçdiyi həyat yolu, eləcə də Qasımovlar ailəsinin milli-mənəvi dəyərlərə söykənən yaşam tərzi işıqlandırılıb.

Kitabda Qasımov qardaşlarının diasporumuzun təşkilatlanması yolunda göstərdiyi səylərdən, onların qazandığı nailiyyətlərdən real faktlar əsasında ətraflı bəhs olunur.

Qardaşlar Vətən müharibəsinin başladığı ilk günlərdən ermənilərin törətdikləri cinayətlər barədə məlumatları, Qarabağla bağlı həqiqətləri yerli ictimaiyyətə çatdırmaq üçün bir neçə mitinqin təşkilatçısı olub, bu istiqamətdə yorulmaq bilmədən çalışıb, diasporun köməyi ilə müvafiq kitabları çap etdirərək yayıblar.

Qeyd edək ki, S.Əlisa diasporumuzun fəaliyyətinə dair bir sıra digər kitabların və məqalələrin müəllifidir.