- Cəmiyyət

İngiltərə Kuboku: “Mançester Yunayted” mübarizəni dayandırıb

“Mançester Yunayted” İngiltərə Kubokunun 1/8 final mərhələsində mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, “Fulhem” əsas vaxtı 1:1 hesabı ilə bitən matçın penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəlib.

45+1-ci dəqiqədə “Fulhem”in nigeriyalı müdafiəçisi Kelvin Beyssi Rodriqo Munisin ötürməsindən sonra hesabı açıb. “Qırmızı şeytanlar” 71-ci dəqiqədə Brunu Fernandeşin qolu ilə bərabərliyi təmin ediblər. Beləliklə, hazırkı kubok sahibi turnirdən kənarda qalıb.

Eyni zamanda, martın 2-də İngiltərə Kubokunun 1/4 final mərhələsinin püşkatması keçirilib. Püşkün nəticəsi belədir:

“Fulhem” – “Kristal Pelas”

“Preston” – “Aston Villa”

“Bornmut” – “Mançester Siti”

“Brayton” – “Nottingem Forest”/“İpsviç” cütünün qalibi

1/8 finalın son oyunu olan “Nottingem Forest” və “İpsviç” arasında görüş martın 3-də, Bakı vaxtı ilə 23:30-da keçiriləcək.

Qeyd edək ki, turnirin tarixində ən çox titul (14) qazanan komanda “Arsenal”dır.