“Bavariya” Almaniya çempionatının 2024/2025 mövsümündə vaxtından əvvəl çempionu olub.
“Report” xəbər verir ki, ikinci yerdə gedən “Bayer 04” çempionatın XXXII turunda səfərdə “Frayburq”la 2:2 hesabı ilə heç-heçə edib və turnir cədvəlində “Bavariya”nı keçmək şansını itirib.
Münhenlilər mövsümün sonuna iki tur qalmış 76 xala malikdirlər, “Bayer 04”ün isə 68 xalı var.
“Bavariya” 34-cü dəfə Almaniya çempionu olub.