ABŞ bu həftə Karib hövzəsinə xüsusi təyinatlı qüvvələr və hərbi yüklər daşıyan çoxsaylı təyyarələr göndərib.
APA xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri amerikalı rəsmilərə və açıq uçuş məlumatlarına istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, bazar ertəsi ABŞ-ın Nyu-Meksiko ştatındakı Kannon aviabazasından Karib hövzəsinə azı 10 ədəd CV-22 Osprey tipli, dönən vintli təyyarə göndərilib.
Bu tip hava gəmiləri ABŞ Xüsusi Əməliyyat Qüvvələri tərəfindən istifadə olunur.
Mənbə daşınan qoşunların növünü və avadanlığın dəqiq tərkibini açıqlamayıb.









