- Cəmiyyət

“Bavariya” mövsümdə qolların sayına görə Almaniya çempionatının rekordunu qırıb

“Bavariya” futbol üzrə Almaniya çempionatının bir mövsümündə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

“Report” xəbər verir ki, “Bavariya”nın futbolçuları 29-cu turun “Sankt-Pauli”yə qarşı səfər matçında üç dəfə fərqləniblər.

Ümumilikdə Münhen klubu turnirin cari mövsümündə 103 qol vurub. Əvvəlki rekord da 1971/72-ci illər mövsümündə çempionatda rəqib qapılarından 101 dəfə top keçirən “Bavariya”ya məxsus idi.

“Bavariya” Almaniya çempionatında qələbələrin sayına (34) görə rekordçudur.