– Bu gün onun ad günüdür.
— Kimin?
—1 mayı səbirsizliklə gözləyən adamın… Evlərinin dalı qaya, deyirlər, 3 gündür qayadan baxır o, maya… Bilmədin kimi deyirəm?
— ….
– Anadan olduğu ayı ayların, fəsli fəsillərin ən gözəli hesab edənin. Yenə bilmədin?
– …
Yaxşı, onda qoy mən bir-bir xüsusiyyətlərin sayım, görüm tapacaqsanmı?
Yaxşı, onda qoy mən bir-bir xüsusiyyətlərin sayım, görüm tapacaqsanmı?
6 il əvvəl FADMM-i, 5 il əvvəl isə “” və “Məclisi-üns”ü yaradıb. Özü üçün qoyduğu dəmir qayda-qanunları, yaratdığı qurumlarında da keçərlidir. Öz ocağının işığına ancaq savadlı, dünyagörüşlü, elm aləmində öz sözünü demiş, dürüst, kamil Azərbaycançıları, ana dili aşiqlərini yığır. Dil düşmənləri onun da düşmənidir. Dilin qayda-qanunlarını pozanlara qarşı açıq mübarizəyə başlayıb, 2020-ci ildə ətrafına mindən artıq ziyalı toplayaraq aidiyyatı orqanlara, yüksək dairələrə dilimizin vəziyyəti, Bakı küçələrinin əcnəbi dillər tərəfindən işğalı ilə bağlı şikayət edib… Orfoqrafiya islahatı zamanı oturuşmuş sözlərdə qoşa “y”-nin ayrılması cəhdinə qarşı çıxanlardandır. Yenə bilmədin?
– …
V.İ.Leninə qarşı çox acıqlı olan adamı deyirəm də. Deyir, Leninə qarşı ona görə çox hiddətliyəm ki, kimisə, ona bənzədəndə “Torpağı sanı yaşayasan”,— demək olmur. Axı torpağı yoxdu… Hiddətlənmək “bir nöyü” onun adətidir. Tələbə olarkən “Neftçi”nin futbolda Orta Asiyanın hansısa bir komandasına uduzmasına çox hiddətlənib. O dərəcədə qeyzə gəlib ki, gecə saat 1-də çıxan gəmi ilə Krosnadar adına gedib Türkmənistana çıxıb. Şəhərə çatanda diqqətini çəkən ilk şey “Zaxmata şuxrat”, “KPSS-e şuxrat” – yəni əməyə və Sov.İKP-yə eşq olsun, şüarları olub.
V.İ.Leninə qarşı çox acıqlı olan adamı deyirəm də. Deyir, Leninə qarşı ona görə çox hiddətliyəm ki, kimisə, ona bənzədəndə “Torpağı sanı yaşayasan”,— demək olmur. Axı torpağı yoxdu… Hiddətlənmək “bir nöyü” onun adətidir. Tələbə olarkən “Neftçi”nin futbolda Orta Asiyanın hansısa bir komandasına uduzmasına çox hiddətlənib. O dərəcədə qeyzə gəlib ki, gecə saat 1-də çıxan gəmi ilə Krosnadar adına gedib Türkmənistana çıxıb. Şəhərə çatanda diqqətini çəkən ilk şey “Zaxmata şuxrat”, “KPSS-e şuxrat” – yəni əməyə və Sov.İKP-yə eşq olsun, şüarları olub.
Onda düşünüb ki, şükür, biz irəlidəyik. Rusca abreviatur işlətmirik. Amma təəssüf ki, müstəqillik illərində bu şükranlığı puç olub. Nöşün ki, buna səbəb müstəqil olandan sonra dil məsələsində bir az da müstəmləkələşdiyimizin qənaətində olmasıdır…
Yenə tanımadın? Bunu deyim, mütləq söhbətin kimdən getdiyini biləcəksən.
Dediyinə görə, bir dəfə “Barmek”in vaxtında düz 1 saat 40 dəqiqə liftdə 2 mərtəbənin arasında qalıb. Yəqin ki, ta bildin kimdən danışıram? Yenə yox?
—…
— “Şoğərib” sözü leksikomunda tez-tez işlətdiyi sözdür.
Axır zamanlar da şoğəriblərin nə vuruşan kimi vuruşması, nə barışan kimi barışması onu hiddətləndirib.Deyir, məsələ o qədər mürəkkəbdir ki, hətta “3 institut bitirmiş” taksi şoferləri də proqnoz verməyə risk etmirlər.
Şoğəriblərdən biri deyir: mən qalibəm, o biri deyir, yox eee, qalib mənəm. İndi də məhz buna görə atəşkəsin pozulacağı labüd kimi görünür…
Deyir ki, açıb-bağlamaqdan Hörmüz boğazının petləsini xarab edəcəklər, buna görə də çox narahatdır.
Bir də deyir, heyif deyildi köhnə fasonlar? Əvvəllər məmur işdən çıxarılır, sonra əmlak siyahısı ictimailəşdirilirdi. İndi əvvəl siyahını verirlər…
Əgər yenə də tanımadınsa, bu cəhətini desəm, 100% onun kim olduğunu biləcəksən. Əgər bilsən, müəllifi olduğu “Skrelozun xatirələri”, “Quran işığında”, “Quran İslamı”, “Bir dəfə dünyada”, “Kəsrətin içində tənhalıq”, “Füzuli” Qəzəllər”,Türkiyədə nəşr olunmuş, həmmüəllifi olduğu “Ağız sözlüyü” kitablarından birini sənə hədiyyə verəcəm…
Yenə bilmədin? Sən nə dilbilməz adammışsan! Məni lap hövsələdən çıxardın ki.
Sosial şəbəkələrdə olmursan, Feysbuk işlətmirsən?Ad günü olacaq adam Feysbuk əhlinin maraqlı təsnifatını da verib. Bir qrupunu
“həmişəburdalar” adlandırıb. (Özünü də onlardan sanır). Onlar Feysbukun ən sadiq dostlarıdır.
Prinsipləri: Xosrov deyiləm ki, mənə dilbər, Vatsap ola gah, gah Tvitter.
2. Sükutilər. Bunlar da çox vaxt burda olar. Amma sakitcə gələr, oxuyar, gedər. Prinsipləri: “Susmaq qızıldır”.
3. Xəlvətilər. Bunların gəlişi seyrəkdir. Arada gizlincə gəlib oxuyub gedər. Prinsipləri: “Qədəm qoyub Feysbuka gələndə Elə gəl, elə get, Veb inciməsin…”
4. Marıtçılar. Bunlar özünü göstərməkçün gələnlərdir. Yazılanları oxuyur, özünün yaza bilmədiyi statusları görəndə qanı qaralır, ovqatı təlx olur, eqosu daş dəymiş ayı kimi donquldanır. Onlara bir səhv lazımdır ki, sənə hücuma keçsin, fürsət düşəndə varlıqlarını göstərirlər. Cahil olduqları üçün iradları da çox vaxt cahilanə olur. Rəhmli olun, arada səhv edin. Onların qəlbini qırmayın:. Şair demiş:
Bir könül sındırdın isə,
O qıldığın namaz deyil…
İnanıram ki, bu gün bu təsnifatın hamısının nümayəndələri onun ad gününü təbrik edəcəklər. Axı onun statuslarını həmişəburdalar da, sükutilər də, xəlvətilər də marıtçılar da maraqla oxuyurlar.
Bir xasiyyəti də var ki,
Başı boş, gözü ac, ortası enli,
Başı boş, gözü ac, ortası enli,
Ürəyi kilidli, çöhrəsi kinli,
İbslisli, Xənnaslı, şeytanlı, cinli
Yusifsiz, İsasız, Nuhsuz adamlardan heç xoşu gəlmir və yeri gəldukcə onları “blok” edir.
— Hə, mən bildim, sən kimdən danışırsan, sən bayaqdan “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadədən danşırsanmış…
— Yox e, yox! Mən C.Məmmədquluzadədən yox, dövrümüzün C.Məmmədquluzadəsi sayılacaq, onun qoyduğu yola, onun qələminə sadıq, “Kamilinfo” saytının redaktoru Vasif Sadiqlidən danışıram. Bir səndən başqa hamı bilir ki, 1 may Vasif Sadiqlinin ad günüdür. Bu münasibətlə mən də həm öz, həm də elə sənin adından onu təbrik edir, cansağlığ, cansağlığı, yenə də cansağlığı arzulayıram.
Di yeri, tapmadın, kitab da özümə qaldı…
(Dialoqda Vasif Sadiqlinin statuslarından istifadə edilib)








