İsveç, digər vəzifələrlə yanaşı, Rusiya ərazisini izləmək üçün istifadə ediləcək ilk hərbi peykini buraxıb.
“Report” xəbər verir ki, bu barədə “SVT” telekanalı məlumat yayıb.
Bəyanata görə, cihaz ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından orbitə buraxılıb. Peykin təyin olunmuş orbitə təxminən bir ay ərzində çatacağı gözlənilir.
Qeyd olunur ki, gələcəkdə İsveç on peykdən ibarət öz qrupunu yaratmaq niyyətindədir. Hazırda İsveç Silahlı Qüvvələri əsasən müttəfiqlərdən və kommersiya qurumlarından peyk görüntüləri alır.









