Birləşmiş Ərəb Əmirliklərinin sahilləri yaxınlığında gəmidə yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə bağlı Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, hadisə Mina Sakr limanından 14 dəniz mili qərbdə qeydə alınıb.
Yanğın baş verən gəmi yaxınlıqdakı digər gəmilərdən təhlükəsiz məsafə saxlamalarını istəyib.
Hadisə “şübhəli fəaliyyət” kimi qiymətləndirilib.









