Rusiya 9 may paradı münasibətilə atəşkəs elan edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 8-9 may tarixlərində “Qələbə Günü”nun qeyd olunması ilə əlaqədar atəşkəs elan edib və Ukraynanın eyni addımı atacağına ümid etdiyini açıqlayıb.









