- Cəmiyyət

Azərbaycanın 11 cüdoçusu Astanada “Böyük Dəbilqə” turnirində iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, mayın 8-10-da Qazaxıstanın paytaxtı Astanada “Böyük Dəbilqə” turniri keçiriləcək.

“Report” xəbər verir ki, yarışda 7 çəki dərəcəsində Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq.

İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

66 kq

Rəşad Yelkiyev

Turan Bayramov

73 kq

Rəşid Məmmədəliyev

90 kq

Aslan Kotsoyev

+100 kq

Camal Feyziyev

Uşanqi Kokauri

Qadınlar

48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

52 kq

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

70 kq

Südabə Ağayeva.