- Cəmiyyət

UEFA Avropa Liqası: “Qarabağ”ın növbəti raunddakı mümkün rəqibi müəyyənləşir

“Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

“Report”un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Ağdam təmsilçisi bu raundda da səpələnmişlər səbətində yer alacaq.

“Köhlən atlar”ın mümkün rəqibləri bunlardır: “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Sankt Qallen” (İsveçrə), “Hammarbü” (İsveç), “Şerif” (Moldova) – “Aluminiy” (Sloveniya) cütünün qalibi, “Dinamo” (Kiyev, Ukrayna) – “Universtatya” (Kluj, Rumıniya) cütünün qalibi, “Hayduk” (Xorvatiya) – “Jilina” (Slovakiya) cütünün qalibi, ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi.

Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-u və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.