- Cəmiyyət

Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub

Bu gün Ukrayna ordusu Moskvaya daha bir kütləvi dron hücumu edib.

Rusiya mediasının xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

O qeyd edib ki, Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən 76 PUA vurulub, dağıntı və itki yoxdur.