Ötən sutka ərzində Rusiyanın Ukraynanın Donetsk və Xarkov vilayətlərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
Bu barədə “Report” Ukrayna mediasına istinadən xəbər verir.
Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkinin sözlərinə görə, sutka ərzində regionda yaşayış məntəqələrinin 30 dəfə atəşə tutulması qeydə alınıb: “Donetsk vilayətində 4 nəfər zərbələrin qurbanı olub, daha 15 nəfər yaralanıb”.
Məlumata görə, Xarkova endirilən zərbələr nəticəsində 3 nəfər xəsarət alıb.









