- Cəmiyyət

İran ABŞ-a xəbərdarlıq edib

Rəsmi Tehran ABŞ-ın İrana qarşı hücumları 2-3 gün ərzində davam edərsə, müdafiə əməliyyatlarından hücum əməliyyatlarına keçəcək.

“Report” xəbər verir ki, bu barədə İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi İran dövlət televiziyasının efirində danışıb.

“Əgər ABŞ-ın hücumları qarşıdakı iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən “hücum və tam məhvetmə” mərhələsinə keçəcək”, – deyə o, bildirib.

Rzayi vurğulayıb ki, bu halda Tehran təkcə münaqişə zonasındakı ABŞ bazalarına deyil, həm də ondan kənarda yerləşən bazalara hücum edəcək.