- Cəmiyyət

Entso Fernandes mundiallar finalında meydandan qovulan altıncı futbolçu olub

Argentina millisinin futbolçusu Entso Fernandes dünya çempionatlarının final oyununda meydandan qovulan altıncı futbolçu olub.

“Report”un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın İspaniyaya əlavə vaxtda uduzduqları (0:1) həlledici matçında qırmızı vərəqə alıb.

Daha əvvəl argentinalı oyunçulardan Pedro Monson və Qustavo Desotti (hər ikisi 1990), fransalı futbolçulardan Marsel Desayi (1998), Zinəddin Zidan (2006) və niderlandlı Con Heytinqa (2010) final qarşılaşmasında bu halla üzləşib.