Avqustun 12-də ilin ikinci Günəş tutulması olub.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından “Report”a bildirilib ki, bu, tam Günəş tutulmasıdır.
Qismən tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatıb. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib.
Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb.
Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib. Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.









