- Cəmiyyət

Banuçiçək Nəsirli Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.

“Report” Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçi (Polşa) 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib.

O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib. Boksçu avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 idmançısı 1/4 final görüşünə çıxacaq.