Ukrayna və Danimarka Herninqdə niyyət memorandumu imzalayıblar. Memorandumda 2027-ci ildən başlayaraq ayda 1 000 dron istehsal edəcək Danimarkada birgə müəssisənin (BM) yaradılması nəzərdə tutulur.
“Report”un xəbərinə görə, bu barədə Ukrayna mediası məlumat yayıb.
Əməkdaşlıq “Build with Ukraine” təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Müqavilə Ukraynanın müdafiə texnologiyaları istehsalçısı “TAF Industries” və Danimarkanın “Upteko” şirkəti arasında imzalanıb.
Müqaviləyə əsasən, şirkətlərin FPV dron sektorunda istehsal gücünün genişləndirilməsi və təchizat zəncirlərinin gücləndirilməsi üzərində işləməsi gözlənilir.








