- Cəmiyyət

Ukrayna Samarada neft emalı zavodunu vurub

Ukrayna qüvvələri avqustun 22-nə keçən gecə Rusiya Federasiyasının Samara vilayətində yerləşən “Novokuybışevsk” neft emalı zavodunun (NEZ) obyektlərini vurub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

“Novokuybışevsk” NEZ “Rosneft” SC-nin tərkibinə daxildir və Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Onun gücü ildə təxminən 8,8 milyon ton neft təşkil edir.

Müəssisə avtomobil və aviasiya yanacağı, dizel yanacağı və sürtkü materiallarının komponentləri daxil olmaqla, 20-dən çox növdə məhsul istehsal edir.