- Cəmiyyət

ABŞ-ın BƏƏ-dəki bazası PUA hücumuna məruz qalıb

Amerikanın BƏƏ-dəki “Əl-Minhad” bazası İran ordusunun dron hücumuna məruz qalıb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, hücum ABŞ-nin Larak adasına hava zərbələrinə cavab olaraq həyata keçirilib.

“BƏƏ-nin “Əl-Minhad” bazasında Amerika ordusunun helikopterləri və qüvvələrinin yerləşdiyi məkanlara onlarla PUA buraxılıb”, – məlumatda bildirilib.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı bazasına hücum edib.