- Manşet

Harri Keyn UEFA Çempionlar Liqasında nadir rekordu təkrarlayıb

Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin “Budyo-Qlimt” komandası ilə matçda (5:0) fərqlənməklə nadir rekordu təkrarlayıb.

“Report” xarici mediaya istinadən xəbər verir ki, ingiltərəli forvard turnirdə ardıcıl 8-ci matçda qol vurmağa müvəffəq olub.

UEFA Çempionlar Liqasında buna qədər ardıcıl 8 və daha çox oyunda yalnız Kriştianu Ronaldu, Robert Levandovski (hərəyə iki dəfə) və Rud van Nistelroy qol vurublar.