- Cəmiyyət

Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar

Qarabağ və Şərqi Zəngəzura səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşa şəhərində tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar.

APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, xarici diplomatlar məsciddə aparılan tikinti işlərinin gedişatı ilə bağlı məlumatlandırılıblar.

Qeyd edək ki, Yeni Şuşa məscidinin təməli 2021-ci il 12 may tarixində qoyulub.