- Cəmiyyət

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüş mümkün deyil.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov AFP-nin sualına cavab olaraq bildirib.

“Bu, mümkün deyil”, – deyə Peskov vurğulayıb. O, iki prezident arasında görüşün Rusiya paytaxtında keçirilə biləcəyi ilə bağlı Moskvanın mövqeyini bir daha təkrarlayıb.

Sentyabrın 8-də Peskov, həmçinin bildirib ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə hazırdır, lakin bu məsələ Kiyev hakimiyyətindən asılıdır.