Latviya Ukraynaya ən azı 26 nəfərin ölümü ilə nəticələnən son Rusiya zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
“Report” xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Latviya Ukraynanın mülki əhalisinə, o cümlədən azı 26 dinc sakinin həlak olduğu Kamışevaxadakı humanitar yardım paylanma məntəqəsinə Rusiya hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb”, – B.Braje bildirib.
Xatırladaq ki, noyabrın 2-də Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə kütləvi zərbə endirib, nəticədə 26 nəfər ölüb.









