- Mədəniyyət

Musiqili Teatrda iki tamaşa nümayiş olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Uşaq hüquqları aylığı” çərçivəsində iki tamaşa nümayiş etdirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Prezident mükafatçısı İradə Gözəlovanın quruluşunda Cəlil Məmmədquluzadənin “Anamın kitabı” və Zaur Əliyevin quruluşunda Ceyms Barri və Qrim qardaşlarının əsərləri əsasında hazırlanmış “Bremen musiqiçiləri və Pen” (səhnələşdirən. Anar Babalı) tamaşaları təqdim olunub.

Uşaqların mənəvi-estetik dünyagörüşünün zənginləşdirilməsi, yaradıcılıq potensialının inkişafı, mədəni həyatda iştirakının təşviqi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyan layihə çərçivəsində nümayiş olunan tamaşaları məktəblilər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və şəhid övladları izləyiblər.