Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi – FADMM az bir zamanda çox işlər gördü. Bir il ərzində böyük bir Qurumun, İnstitutun görə biləcəyi işlərin öhdəsindən ustalıqla gələ bildi. Təmənnasız, fədakarcasına, ürəyiyananlıqla. Torpağımızın işğalda olan günlərində yaransa da, dilimizin də ölkəmizdə işğal olunmasına qarşı fədakarlıqla döyüşdü.
Dil və onun qanunları hökmdarlardan belə üstün olub . Tarixdə belə bir fakt var ki, Roma hökmdarı Siğizmund yığıncaqlarndan birində bir latın sözünü səhv işlətdiyini anlayır. Və ətrafındakılara müraciətlə bu səhvə münasibətlərini bildirməyi tələb edir. Alimlərdən biri deyir ki, hökmdar səhv edə bilməz, qoy bundan sonra bütün romalılar da elə işlətsin. Başqa bir məclis üzvü etiraz edib belə deyir : yox, böyük hökmdar. Siz yalnız roma vətəndaşlarının hüququnu əlindən ala bilərsiniz. Sözlərə gücünüz çatmaz!
Məlumdur ki, milli-mənəvi dəyərlərini xalq əsasən malik olduğu dildə öyrənə və tanıda bilər. Dil və mədəniyyətin qorunmasında isə ana dilində təhsilin önəmi böyükdür.
Bir xalqı məhv etməyin yeganə yolu onun dilini əlindən almaqdan, məhv etməkdən ibarətdir. Bəzən ana dilini yaşadıb qorumaq insanlara yaşadığı ölkədə canı, həyatı bahasına başa gəlir. Uzun illər İranda soydaşlarımızın dili yasaq altında olub. Lakin təzyiq nə qədər güclü olubsa buna qarşı xalqda o qədər də böyük müqavimət yaranıb. ”Dilimiz çox geniş və zəngindir.Onun rişəsi xalqımızın qanında və ürəyindədir.Biz onu ana südü ilə əmib vətənimizin ruhnəvaz havası ilə tənəffüz etmişik” söyləyən Seyid Cəfər Pişəvəri İranda ayrıca az müddətli olsa da Azərbaycan Muxtariyyətini qurarkən ilk növbədə ana dili və bu dildə təhsil məsələsini həll etmişdi.
“6-7 yaşlarında təzə dil açıb formalaşan uşağa yabançı bir dil tədris etmək cinayətdir” – deyən ‘S.C.Pişəvərinin açdığı məktəblərdən birində ibtıdai təhsil alan dünya şöhrətli nasir Qulamhüseyn Saedi öz xatirələrindfə yazırdı: “Azərbaycan məktəblisi yalnız 1945-1946-cı illərdə məktəbin o qədər də dəhşətli bir yer olmadığmı başa düşüb bildi ki, dərs və təhsil çox da qorxulu bir şey deyil, üstəlik ondan həzz almaq da olar. Bunun isə səbəbi tam aydın idi; siniflərdən xarici dil kabusu, birdəfəlik qovulmuşdu və hamı danışdığı dildə yazıb oxuyurdu. Bundan əvvəl hər gün məktəbə getrnək əzab və işgəncə olurdu. Sanki uşağı hər gün sakinləri yəcuc-məcuc dilində danışan bir adaya təhvil verirdin və bu qəribə sakinlərin dilini başa düşməmək, töhmətlə yanaşı böyük xiffət və xəcalətə səbəb olurdu… Beləcə Azərbaycan balalarına məktəb, elm, təhsil oca- ğından daha çox zor gücünə xarici dil öyrənmək zonası idi”.
Güneydə yaşayan soydaşlarımızın ən böyük problemi dil məsələsi olmuş, zaman-zaman ziyalılar bu problemi həll etmək üçün cəsarətlə mübarizə meydanına atılmışlar.
Heydər Əliyev vaxtilə yazırdı ki,hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bildirirdi ki, öz ana dilini bilməyənlər şikəst adamlardır.
Dədə Qorqud deyirdi ki,ata adını, ana dilini yaşatmayan oğulun olmağından olmamağı yaxşıdır. Dil biganəlik və xəyanət sevmir. Dilin ən ali qanunu nəsillər arasında ünsiyyət əlaqəsi yaratmaqdan ibarətdir.Çox təəssf ki, çağdaş dövrümzdə öz dilini bilməyən,ona biganə olan nankor insanlarımız da az deyil.
Ötən əsrlərdə dilin qorunması, saflığı, işlənməsi yolunda mücadilə aparan Salman Mümtaz, Mirzə Cəlil, Üzeyir bəy, Bəkir Çobanzadənin gördüyü işi sonralar Mirzə İbrahimov Bəxtiyar Vahabzadə və Tofiq Hacıyev kimi aydınlarımız davam etdirdi. Bu qutsal yolu tutub sıralarını genişləndirdi. Az bir müddətdə yaranmış FADMM –in dilimizin saflığı və qorunması sahəsində göstərdiyi təşəbbüslərdən sonra mətbuat orqanlarında ziyalıların dilin müdafiəsinə qalxan çıxışları ictimai rəyin, qınağın Azərbaycanda da keçərli olduğuna inam yaratdı ,bunu əməldə doğrultdu.
Reklam və ticarət obyektlərinin adlarında Azərbaycan dilinin sıxışdırılmasının qarşısının alınması, Dövlət dili haqqında qanuna riayət edilməsi tələbləri ilə bağlı çıxışlar, təşəbbüslər AMEA-da, Bakı Şəhər İcra Hakimiyyəti kimi dövlət orqanlarında müzakirələrə səbəb oldu.Hətta vaxtilə Ziya Göyalpın // Başqa dilə gəlməz, ananın səsi,
//Hər sözü axtarsan var Türkcəsi // söyləyən qardaş Türkiyədə də əks-səda yaratdı, orada da müvafiq qanunun qəbuluna təkan verdi.
Başda Vasif Sadıqlı olmaqla, FADMM-ın yaradıcı, fəal üzvlərinə, fədakar ziyalılarımıza bu taleyüklü və nəcib işdə davamlı ugurlar diləyirəm.
FADMM oçagı daim gur yansın, dilimizin keşiyində durub onu yad təsirlərdən qorusun.Nurlu şölələri qaranlıqları işıqlandırsın!