- Manşet, Mədəniyyət

Bu gün Beynəlxalq Gözəllik Günüdür

Hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, XX əsrdə kosmetologiya sahəsində böyük irəliləyişləri nəzərə alaraq, Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) 1995-ci il sentyabrın 9-u tarixinin Beynəlxalq Gözəllik Günü elan olunması barədə qərar qəbul edib.

Həmin tarixdən etibarən hər il sentyabrın 9-da dünyada insanlara estetik və mənəvi zövq verən nə varsa xüsusi diqqət obyektinə çevrilir.

Məhz bu gün bir sıra ölkələrdə və şəhərlərdə gözəllik müsabiqələri keçirilir.