- Pritça

Sənə bir qaz göndərsəm, yolarsanmı?

 
Padşahın biri vəziriylə birlikdə təğyiri-libas gəzintiyə çıxır. Bir kənddə evin qabağında corab hörən bir qız görürlər. Padşah qızdan soruşur:
– Salam, qızım, atan evdədimi?
Qız: – Atam evdə yoxdu, azı çox etməyə gedib
Padşah: – Bəs anan?
Qız: – Anam biri iki etməyə gedib.
Padşah: – Eviniz gözəldi, amma bacası əyridi.
Qız: – Bacası əyri olsa da, tüstüsü düz çıxır.
Padşah: – Sənə bir qaz yollasam, yolarsan?
Qız: – İzninizle ən incə tüklərinə qədər yolaram!
Padşah sağollaşıb yola düşr. Saraya çatanda vəzirdən soruşur:
– Qız ilə nə danışdığımızı anladınmı?
Vəzir: – Doğrusunu desəm, anlamadım.
Padişah: -Onda tez get öyrən! Yoxsa səni vəzirlikdən çıxaracam.
Vəzir təlaşa düşür. Axırda fikirlərşir ki, ən yaxşısı qızı tapıb öyrənməkdir.
Kəndə gedib qızı tapıb. Vəzir:
– Aman qız, xanım qız!… Bu gün yanımda biriylə sənin yanına gəlmişdik. Yanımdaki kişi səninlə söhbət etdi. Nə danışdığınızı izah edə bilərsənmi? Onları mənə de, istədiyini verim.
Qız:
– Razıyam. Hər cavaba on qızıl verərsən.
Vəzir razılaşır. Qız izah edir:
– O kişi məndən atamı soruşanda “Azı çox etməyə gedib” dedim. Atam cütçüdü, toxum əkməyə gedib.
Vəzir on qızıl verir. Qız davam edir:
– “Anam biri iki etməyə getdi” deyəndə anamın hamilə olduğunu, doğuma getdiyini anlatmaq istədim.
Qız vəzirdən on qızıl da alıb davam edir:
– Kişi  “Eviniz gözəldi, amma bacası əyridi” deyəndə mənim gözəl olduğumu, amma gözlərimin çaş olduğunu deyirdi. Mən də: “Bacası əyridir, amma dumanı düz çıxar” deyərək; çaş olsam da, gözlərim yaxşı görür demək istədim.
Vəzir qıza on qızıl verib:
– Yaxşı, “Sənə bir qaz yollasam, yolarsanmı?” nə deməkdi?
Qız təbəssümlə:
– O qaz da sizsiniz, deyə cavab verir.