- Mədəniyyət

Ağdam teatrının 100 illiyi “Şuşadan gələn səs”lə qeyd olunub

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Qonaq teatr” layihəsi çərçivəsində Ağdam Dövlət Dram Teatrı “Şuşadan gələn səs” (N.Qədimli) tamaşasını təqdim edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Sonda Ağdam Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunub.