- Cəmiyyət

Belqorod şəhərində FTX-nin binasında partlayış olub

Mayın 23-nə keçən gecə Rusiyanın Belqorod şəhərində yerləşən Federal Təhlükəsizlik Xidmətinin binasında partlayış baş verib.

Bu barədə “Report” Rusiya KİV-nə istinadən xəbər verir.

“Şəhərdə tətbiq edilən əks-terror əməliyyatı rejimi ilə əlaqədar olaraq, hazırda bölgədə rəsmi mənbələrə istinad etmədən istənilən məlumatın yayımı qadağandır” – SOTA qəzeti yazıb.